FHN-in xilasediciləri ekstremal vəziyyətdə - FOTO

FHN-in xilasediciləri ekstremal vəziyyətdə -  FOTO
  21 Fevral 2019    Oxunub:2869
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində “Qar uçqunlarının nəticələrinin aradan qaldırılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Azvision.az -ın məlumatına görə, Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində keçirilən təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 14 nəfərdən ibarət xilasedicisi və kinoloqları cəlb edilib.



Təlimin əsas məqsədi Qusar rayonunun Şahdağ və Qəbələ rayonunun Tufandağ istirahət mərkəzlərində Avstriyadan gəlmiş mütəxəssislərin iştirakı ilə təlim keçmiş xilasedicilərin qazandığı bilik və bacarıqların həmkarlarına öyrədilməsidir. Həmçinin dağ şəraitində qar sürüşməsi zamanı kinoloqların xüsusi təyinatlı itlər, eləcə də qar uçqunları zamanı istifadə olunan xüsusi təyinatlı “Biper” aparatı və şuplar vasitəsilə xilasedicilərin axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması vərdişləri də təlimdə yer alıb.

Xilasedicilərə zərərçəkmişlərə ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, xilasetmə işləri zamanı təhlükəsizlik qaydalarına riayət olunması və xilasedicilərdə dözümlülük vərdiş və bacarıqların aşılanması, qış mövsümündə dağlıq ərazidə müvəqqəti düşərgənin salınması qaydaları da öyrədilib.



Bütün mərhələləri yüksək ustalıq və dəqiqliklə yerinə yetirilən təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub. Növbəti taktiki-xüsusi təlimlərə hazırlıq barədə müvafiq tapşırıqlar verilib.

Azvision.az


Teqlər: Naxçıvan   Təlim  





Xəbər lenti