“Arsenal” erməni təxribatına görə cəzalandırıldı

  09 Mart 2019    Oxunub : 1445
“Arsenal” erməni təxribatına görə cəzalandırıldı
UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsində keçirilən “Arsenal” - “Qarabağ” oyununda baş verən insidentlə bağlı qərarını açıqlayıb.

Azvision.az xəbər verir ki, görüşdə erməni azarkeş tərəfindən işğal altında olan Dağlıq Qarabağdakı qondarma qurumun "bayrağı"nın meydana çıxarılması və görüşün gec başlaması səbəbindən İngiltərə təmsilçisi cəzalandırılıb.
Qərara əsasən, “Arsenal” 15 min avro məbləğində cərimə ödəməli olacaq.

Xatırladaq ki, həmin görüş “Arsenal”ın 1:0 hesablı qələbəsilə yekunlaşıb.

Azvision.az

Teqlər: UEFA   Qarabağ   Arsenal