Nazirlikdən Firudin Qurbanovla bağlı açıqlama: “Heç nə dəyişilməyib”

  12 Mart 2019    Oxunub : 1280
 Nazirlikdən Firudin Qurbanovla bağlı açıqlama: “Heç nə dəyişilməyib”
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin olunub. Bu təyinata qədər rektor səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, F.Qurbanov nazir müavini postunda qaldığı üçün heç nə dəyişilməyib.

“Firudin Qurbanov nazir müavini postunda idi. Sadəcə universitetə rektorluq həvalə edilmişdi”.

Qeyd edək ki, ötən ilin noyabrın 15-də Abel Məhərrəmov prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Təhsil-Nazirliyi   Firudun-Qurbanov