Belarus İstintaq Komitəsinin rəsmiləri “ASAN xidmət”də - FOTO
Heydər Əliyev Mərkəzi ilə tanışlıq nümayəndə heyətinin üzvlərində zəngin təəssüratlar yaradıb. Nümayəndə heyəti daha sonra 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olub. Qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edən “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin etmək məqsədilə yaradılıb. Yaradılan şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"in kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azvision.az
Teqlər: Belarus-İstintaq-Komitəsi Baş-Prokurorluq