Qarabağda erməni əsgər xidmət yoldaşını güllələyib - Yenilənib

 Qarabağda erməni əsgər xidmət yoldaşını güllələyib -  Yenilənib
  27 Mart 2019    Oxunub:8761
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində öldüyü bildirilən daha bir erməni hərbi qulluqçu - 1998-ci il təvəllüdlü Ara Arakelyanın digər hərbi xidmət yoldaşı tərəfindən güllələndiyi üzə çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə Qarabağdakı separatçı rejimin nümayəndəsi Naira Arutyunyan bildirib.

Onun sözlərinə görə, Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində kiçik çavuş Arakelyan ölümcül güllə yarası alıb, onun xidmət yoldaşı olan kiçik çavuş Andranik Koşkanyan isə sol biləyindən güllələnib.

Faktla bağlı cinayət işi açılıb və Arakelyanın xidmət yoldaşı onun qətlində şübhəli bilinərək saxlanılıb.

***

İşğal altında olan Dağlıq Qarabağda daha bir erməni əsgər ölüb.

Azvision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, martın 26-da yerli vaxtla saat 18:40 radələrində Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin saxlanma məntəqəsində 1998-ci il təvəllüdlü müqavilə əsasında xidmət edən Ara.G.Arakelyan ölü tapılıb.

Erməni əsgərin ölüm səbəbi açıqlanmır. Faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Qarabağ   Cəbhə   Erməni-əsgər  





Xəbər lenti