Yanğının görüntüləri müvafiq qurumlara təqdim olunub - Ramil Usubov

  28 Mart 2019    Oxunub : 1024
 Yanğının görüntüləri müvafiq qurumlara təqdim olunub - Ramil Usubov
Yanğın baş verdikdən dərhal sonra Daxili İşlər Nazirliyinin və Baş Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti hadisə yerinə gedib və qarşıda duran vəzifələrlə bağlı operativ tədbirlər görüblər.
Azvision.az xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov “Diqlas”dakı yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə deyib.

Nazir bildirib ki, yol polisi əməkdaşları yanğınsöndürənlərin hadisə yerinə vaxtında və maneəsiz çatmaları üçün lazımi şərait yaradıb, 400 nəfərdən çox polis əməkdaşı hadisə yerində təhlükəsizlik tədbirlərinin təmin olunmasına cəlb edilib, əhalinin oradan uzaqlaşdırılması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı zəruri tədbirlər görülüb.

R.Usubov yanğının baş verməsi ilə bağlı müşahidə kameralarının qeydlərinin müvafiq qurumlara təqdim olunduğunu qeyd edib.

Dövlətimizin başçısının tapşırığı ilə yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyi əməkdaşlarının da təmsil olunacağını vurğulayan nazir tapşırıqların yüksək səviyyədə həyata keçiriləcəyini bildirib.

Azvision.az

Teqlər: Ramil-Usubov   Nazir   DİN