Məktəbdən ölən şagirdlə bağlı açıqlama

   Məktəbdən ölən şagirdlə bağlı açıqlama
  06 Aprel 2019    Oxunub:1613
Aprelin 4-də III mərtəbədən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri almış VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) təəssüflər olsun ki, aprelin 6-da müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstaxanasında vəfat edib.
162 nömrəli tam orta məktəbdən Azvision.az -a verilən məlumata əsasən, məktəbin müəllim və şagird kollektivi şagirdin vəfatı ilə bağlı kədərləndiklərini bildirib, dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparılır.

Azvision.az


Teqlər: Məktəb  





Xəbər lenti