Meydən müxalifətə kompromis çağırışı

  12 Aprel 2019    Oxunub : 697
 Meydən müxalifətə kompromis çağırışı
Böyük Britaniyanın baş naziri Tereza Mey öz partiyasının üzvləri tərəfindən istefaya çağırıldığı bir vaxtda bəyan edib ki, “Brexit” vaxtının 31 oktyabradək təxirə salınması ilə bağlı verilən qərar doğrudur və bu müddət ərzində müxalif Leyboristlər Partiyası ilə kompromisə nail olmağa çalışacaq.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Mey Konservativlər Partiyasına müraciətində deyib.

Britaniya siyasətinin normal yolu bu deyil. Leyboristlərlə razılığa gəlmək asan olmayacaq, çünki uğurlu razılıq üçün hər iki tərəfin kompromisə getməsi tələb olunur. Ümid edirəm ki, 3 dəfə rədd olunan “Brexit” sazişini parlamentdən keçirə biləcəyik. Hökumət üçün xalqın iradəsini həyata keçirərək “Brexit”i icra etməkdən mühüm heç nə yoxdur” – Mey deyib.

Baş nazir onu da vurğulayıb ki, 23 mayda keçiriləcək Avropa Parlamenti seçkilərində Britaniyanın iştirakından yayınmaq üçün parlament “Brexit” sazişini tezliklə təsdiqləməlidir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Brexit   Britaniya