DSX rəisi Ermənistanla sərhəddə döyüş fəaliyyətini yoxlayıb - FOTOLAR

  17 Aprel 2019    Oxunub : 1512
 DSX rəisi Ermənistanla sərhəddə döyüş fəaliyyətini yoxlayıb - FOTOLAR
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” sərhəd dəs­tə­sinin Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­layıb.
DSX-dən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Prezidenti, Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının yerinə ye­tirilməsi isti­qa­mətində həyata keçirilən tədbirlərin gedişatı, “Qazax” sər­həd dəstəsinin xid­­mə­ti əra­­zisindəki əməliyyat şəraiti, müdafiə mövqe­lərinin möhkəmləndirilməsi, mühəndis-isteh­kam tədbirlərinin gücləndi­ril­məsi üzrə tapşı­rıq­ların icra vəziyyəti haqqın­da məru­zələr dinlənil­ib.



Dövlət sərhədində müasir sər­həd müha­fi­zə infra­struktu­runun formalaşdırılması, sər­həd döyüş məntəqə­lə­­rin­də ye­ni xidməti binaların inşa edilməsi, yeni yolların sa­lınması, sə­naye işığının və qaz xətlərinin çə­kilməsi məqsədilə görü­lən işlərə ba­xış ke­çirilmiş, bu fəaliyyətin güc­ləndirilməsi üzrə göstərişlər ve­­ril­ib.



Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsin­də fərqlən­diklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əmək­daşlıq sahəsində xidmətlərə görə” me­dalı ilə təltif edilmiş yerli sakinlər Anar Dünyamalıyevə, Səfərəli Abışova, Hü­seyn Şahverdi­yevə və Zaur Yusifova medallar təqdim olunmuş, bilavasitə təmas xəttində sərhədçilərlə birgə dövlət sərhədinin mühafizəsi üçün çalışdıq­larına görə minnətdarlıq bildirilmiş, çay süfrəsi arxasında söhbət aparıl­ıb.











Azvision.az

Teqlər: DSX   Elçin-Quliyev