“Əsas mövzu düşmənin darmadağın edilməsidir” - Polkovnik

  “Əsas mövzu düşmənin darmadağın edilməsidir” -    Polkovnik
  03 May 2019    Oxunub:4846
"Bu gün Azərbaycan və Türkiyənin hərbi əməkdaşlıq sazişinə əsasən, taktiki təlim keçirilir. Hərbi təlimin adı "Mustafa Kamal Atatürk - 2019"dur"

Azvision.az xəbər verir ki, bunu Azərbaycan tərəfindən təlimin rəhbəri polkovnik İlqar Lətifov deyib.
Polkovnik bildirib ki, təlimin mövzusu hər iki dövlətin ordusunun taktiki qruplarının müdafiə olunan düşmənin üzərinə keçərək onun darmadağın edilməsi, yüksəkliklərin və ərazi qismini ələ keçirərək möhkəmlənməkdir.

"Taktiki təlimlərdə hər iki tərəfdən 1000-dən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artileriya qurğusu, 20-yə yaxın döyüş helikopteri və digər döyüş teknikaları istifadə olunur. Rəhbərlik tərəfindən qoyulan əsas tapşırıqlardan biri iki dövlətin ordusunun qarşılıqlı fəaliyyət və idarəetmənin təşkil olunmasıdır. Təlimin gedişatında taktiki şərait bir neçə dəfə dəyişdirilib və şəxsi heyət bundan nəticə çıxararaq qarşılıqlı fəaliyyəti və idarəetməni yüksək səviyədə yerinə yetirib".



Türkiyə tərəfindən təlimə gələn qrupun rəhbəri polkovnik Murat Dirik isə bildirib ki, Azərbaycan və Türkiyə hərbçilərinin birgə əməkdaşlığı uzun illərdir davam edir.

"Məqsəd ortaq çalışmaq, bir-birimizi anlamaqdır. Türkiyədən 85 nəfərdən ibarət nümayəndə heyəti ilə gəlmişik. Ölkənizə gəldiyimiz gündən xalqın və Azərbaycan Silahlı Qüvvələrinin bizə göstərdiyi diqqət və qayğıdan məmnunuq. Bu, bizim dostluq və qardaşlığımızın uzun illərə söykənməsindən xəbər verir".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Təlim   Türkiyə  





Xəbər lenti