Türkiyədə avtobus qəzası: Ölən və xeyli yaralı var

  04 May 2019    Oxunub : 803
 Türkiyədə avtobus qəzası: Ölən və xeyli yaralı var
Türkiyənin Adana şəhərində sərnişin avtobusu qəzaya uğrayb.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, içərisində sərnişinlərin olduğu avtobusun aşması nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Araşdırma aparılır.

Azvision.az


Teqlər: Türkiyə   Qəza   Avtobus