Qoşa Qala qapılarının yeni görüntüləri - FOTOLAR

  23 May 2019    Oxunub : 4659
 Qoşa Qala qapılarının yeni görüntüləri - FOTOLAR
Bakıda tarixi XII əsrə söykənən Qoşa Qala qapılarının bərpası davam edir.
Azvision.az xəbər verir ki, Qoşa Qala qapılarında aparılan bərpa-konservasiya işləri Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir.

Layihəyə əsasən, Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həm də Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya edilir. Bərpa və konservasiya işləri öncə Qala divarlarının daxili hissəsindən başlanıb.

Hazırda Qoşa Qala qapılarının yanındakı iki bürc daxil olmaqla abidə xaricdən bərpa olunur. Layihənin cari ilin sonuna qədər başa çatması planlaşdırılır.











FOTO: Şahin Sərdarov
Azvision.az

Teqlər: Bakı   Qala-Qapıları