“MyGov” təqdim edildi: İyunun 1-dən istifadəyə veriləcək - FOTOLAR

 “MyGov” təqdim edildi:  İyunun 1-dən istifadəyə veriləcək -  FOTOLAR
  24 May 2019    Oxunub:5380
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış “myGov” şəxsi kabinet əsaslı Elektron Hökumət portalının təqdimatı olub.
AzVision.az xəbər verir ki, təqdimatda dövlət qurumlarının rəhbər və informasiya texnologiyaları üzrə məsul şəxsləri, maliyyə institutlarının, elektron və rəqəmsal texnologiyalar, innovativ xidmətlər təklif edən özəl sektor və startap nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.



“ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev açılış nitqində vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda elektron dövlət quruculuğu sahəsində həyata keçirilən institusional islahatlar, görülən işlər dövlət-vətəndaş münasibətlərini daha da möhkəmləndirir.

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib ki, “myGov” qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir.



Onun sözlərinə görə, vətəndaşlar “myGov” portalı (www.my.gov.az) vasitəsi ilə dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcəklər.

F.Cəfərov qeyd edib ki, portal “qabaqlayıcı hökumət” konsepti əsasında hazırlanıb və iyunun 1-dən istifadəyə veriləcək.














Kənan Məmmədov
AzVision.az


Teqlər: ASAN   ASANXidmət   MyGov  





Xəbər lenti