Uşaqlar metroya səs saldılar - FOTOLAR

  01 İyun 2019    Oxunub : 710
 Uşaqlar metroya səs saldılar - FOTOLAR
1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Bakı Metropolitenində QSC-də tədbir keçirilib.
Azvision.az xəbər verir ki, QSC rəhbərliyinin təşəbbüsü ilə uşaqlara Əməkdar artist Bəhram Bağırzadənin kitabları paylanılıb.

Bəhram Bağırzadə tədbirdə kitablarına ürək sözlərini qeyd edərək azyaşlı sərnişinlərə təqdim edib.

Bayram tamaşası çərçivəsində uşaqlara əyləncə dolu saatlar bəxş edilib. Onlara müxtəlif personajların, jonqlyorların iştirak etdiyi rəngarəng, maraqlı tamaşa təqdim edilib.

Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzVision.az -a bildirib ki, metroda Azərbaycanın məşhur uşaq mahnıları səsləndirilir.

Onun sözlərinə görə, ötən il olduğu kimi, bu dəfə də iyunun 1-dən 3-dək metropoliten stansiyalarında qatarların anonsları uşaqların dili ilə səsləndiriləcək.


























Elvin Abdulqədirov
FOTO: Şahin Sərdarov

AzVision.az

Teqlər: Metro   1-İyun   Uşaq