Yardımlıda “KamAZ” dərəyə aşıb: Ölən və yaralılar var

  12 İyun 2019    Oxunub : 1111
 Yardımlıda “KamAZ” dərəyə aşıb: Ölən və yaralılar var
Yardımlı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Haronu kəndi ərazisində, "Böyük dərə" adlandırılan ərazidə baş verib.

Rayonun 1992-ci il təvəllüdlü Köryədi kənd sakini Abışov Ceyhun Cavanşir oğlu sükanı arxasında olduğu "Kamaz" markalı, "10-DG-325" dövlət qeydiyyat nişanlı avtomobil ilə ot bağlaması aparan zaman idarəetməni itirib. Nəticədə "Kamaz" 500 metrlik dərəyə yuvarlanıb.

Qəza zamanı maşının sərnişini, rayonun 1978-ci il təvəllüdlü Arvana kənd sakini Həsənov Namik Mirhəsən oğlu aldığı xəsarətlərdən hadisə yerində keçinib. Sürücü C.Əbişov və digər sərnişin, 2002-ci il təvəllüdlü Arvana kənd sakini Həsənov Rafiz İbrahim oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Yardımlı   Qəza   Kamaz