Prezident misirli həmkarını təbrik edib

  22 İyul 2019    Oxunub : 1193
Prezident misirli həmkarını təbrik edib
Prezident İlham Əliyev Misirin milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Misir əlaqələrinin, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Misir xalqına sülh və firavanlıq arzulayıb.

Teqlər: Prezident   İlham-Əliyev