Sahibkarlara 50 milyon manat güzəştli kredit verilib

  14 Avqust 2019    Oxunub : 702
 Sahibkarlara 50 milyon manat güzəştli kredit verilib
Bu ilin birinci yarısında 449 milyon manatdan çox olan layihələr üzrə 50 investisiya təşviqi sənədi verilib. Layihələrin 58%-i sənaye, 34%-i kənd təsərrüfatı, 8%-i isə turizm sahələrini əhatə edir.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Nazirlikdə keçirilən geniş kollegiya iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, 2019-cu ilin 6 ayında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 1500 sahibkarın iştirakı ilə 12 işgüzar forum keçirilib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1265 yeni iş yerinin açılmasına imkan yaradır.

Nazir bildirib ki, güzəştli kreditlərin 68%-i aqrar sektorun, 32%-i sənaye istehsalı və emalının, eləcə də 44%-i regionların, 56%-i isə Bakı qəsəbələrinin payına düşür.

Azvision.az

Teqlər: İqtisadiyyat-Nazirliyi   Şahin-Mustafayev   Sahibkar