Maşın qaçırmaq istəyən şəxslər tutuldu

  19 Avqust 2019    Oxunub : 599
Maşın qaçırmaq istəyən şəxslər tutuldu
Avqustun 18-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Ş.Xəlilova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Rüstəmli və əvvəllər məhkum olunmuş E.Əsədli Əlahiddə Çevik Polis Alayı və Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, onların avqustun 16-da rayon ərazisindəki bir avtomobildən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Avtomobil   Oğurlamaq