Bakı-Horadiz qatarı bir saatdan çox ləngidi

  12 Sentyabr 2019    Oxunub : 919
Bakı-Horadiz qatarı bir saatdan çox ləngidi
Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən texniki nasazlıq yaranıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb. Nasazlığın səbəbləri araşdırılır. Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.

Azvision.az

Teqlər: Dəmiryolu   Qatar