“Milli Şura piket adı altında təxribat törətdi” - Mübariz Qurbanlı

  10 Oktyabr 2019    Oxunub : 1360
“Milli Şura piket adı altında təxribat törətdi” - Mübariz Qurbanlı
“Milli Şuranın oktyabrın 8-də keçirdiyi aksiya piket adı altında törədilən təxribat idi. Bu hadisə həmin radikal qrupların niyətinin doğru olmadığını göstərdi, eyni zamanda onlar qanunlara əməl etmədiklərini nümayiş etdirdilər”
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

YAP rəsmisi qeyd edib ki, Milli Şura piket adı altında təxribat törədib: “Piketə icazə verilib, gəl normal piketini keçir. Sən piketə icazə alıb, orada təxribat törədirsənsə, deməli, qanunlara əməl etmirsən. Qanunlara əməl etməyən qrupların bu cür hərəkətləri əlbəttə, onların üzərində qalır. Amma onlar çağırış etmişdilər və müxtəlif qruplar vasitəsilə qarışıqlıq yaratmaq istəyirdilər. İstədiklərinə nail ola bilmədilər”.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Milli-Şura   Piket   YAP