Gələn il 39 şəhər və rayon dotasiya almayacaq

  18 Oktyabr 2019    Oxunub : 1126
 Gələn il 39 şəhər və rayon dotasiya almayacaq
Gələn il Azərbaycanın 39 şəhər və rayonu dotasiya almayacaq.
Azvision.az xəbər verir ki, bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə qeyd olunub.

Layihələrdə göstərilir ki, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərindən, Abşeron, Ağcabadi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Ağsu, Cəlilabad, Daşkəsən, Göygöl, ŞəmkirTovuz rayonları dövlət büdcəsində dotasiya almayacaq.

Gələn il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlərin 797 milyon manat olacağı gözlənilir ki, bu da bu ilin proqnozu ilə müqayisədə 58,8 milyon manat və yaxud 8% çoxdur.

Azvision.az

Teqlər: Büdcə   Rayon   Dotasiya