Azərbaycanda fövqəladə hadisələr: 60 nəfər ölüb

Azərbaycanda fövqəladə hadisələr:  60 nəfər ölüb
  25 Oktyabr 2019    Oxunub:2726
2019-cu ilin 9 ayı ərzində respublika ərazisində 14192 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin 9 ayı ilə müqayisədə 622 hadisə və ya 5% çoxdur.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 60 nəfər həlak olub, 243 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 1030 nəfər təxliyə olunub.

2019-cu ilin 9 ayı ərzində respublika ərazisində 139 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olub. Qeyd olunan dövr ərzində 14053 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2018-ci ilin 9 ayı ilə müqayisədə 601 hadisə və ya 5% çoxdur.

Texnogen mənşəli hadisələr nəticəsində 58 nəfər həlak olub, 243 nəfər xəsarət alıb ki, bu da 2018-ci ilin 9 ayı ilə müqayisədə həlak olanlar üzrə 18 nəfər və ya 24% azdır, xəsarət alanlar üzrə 76 nəfər və ya 46% çoxdur.

Azvision.az



Teqlər: FHN   Xilasedici  





Xəbər lenti