Rusiyada hərbi hissədə silahlı insident: 8 nəfər ölüb (Yenilənib)

  25 Oktyabr 2019    Oxunub : 4532
Rusiyada hərbi hissədə silahlı insident: 8 nəfər ölüb (Yenilənib)
Rusiyanın Zabaykalye diyarında yerləşən hərbi hissələrdən birində silahlı insident baş verib.

Azvision.az TASS-a istinadən xəbər verir ki, insident nəticəsində 8 hərbi qulluqçu həlak olub, 2 nəfər ağır yaralanıb.
İlkin məlumata əsasən, hadisə qarovul xidmətində növbənin dəyişdirilməsi zamanı qeydə alınıb. Belə ki, təmir-texniki bazanın hərbi qulluqçusu xidməti silahından hərbçi yoldaşlarına atəş açıb. Yaralıların həyatı üçün heç bir təhlükə yoxdur. Hadisəni törədən şəxs saxlanılıb.

Rusiya Müdafiə Nazirliyində ehtimal edirlər ki, baş verənlərə səbəb həmin hərbçinin şəxsi problemlər üzündən əsəb sarsıntısı keçirməsi ola bilər.

Hadisə yerinə Moskvadan Müdafiə nazirinin müavini, general-polkovnik Andrey Kartapolovun rəhbərlik etdiyi komissiya gəlib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Atışma