Livanın Baş Naziri istefa verdi

  29 Oktyabr 2019    Oxunub : 890
 Livanın Baş Naziri istefa verdi
Livanın Baş Naziri Saad Hariri ölkədə davam edən kütləvi etirazlardan sonra vəzifəsindən istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə Hariri televiziya vasitəsilə xalqa müraciətində bildirib. O, Livan xalqının arzularını həyata keçirmək üçün istefaya getdiyini bəyan edib.

“Bir çox livanlının arzusunu həyata keçirmək üçün hökumətin istefası barədə xahişi Prezident Mişel Auna çatdırmaq məqsədilə Baabda sarayına gedirəm. Mənim istefam məsələsi Prezidentin sərəncamındadır”, - deyə Baş Nazir iki həftəlik etiraz aksiyalarından sonra rəhbərlik etdiyi kabinetin tam tərkibdə istefaya getdiyini rəsmən təsdiqləyib.

Azvision.az

Teqlər: İstefa   Baş-Nazir   Livan