Göygöldə 58 yaşlı çoban itkin düşüb - FOTO

  30 Oktyabr 2019    Oxunub : 731
Göygöldə 58 yaşlı çoban itkin düşüb - FOTO
Göygöl sakini itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Şamaxı rayonu Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-si səhər saatlarında çoban işlədiyi Göygöl rayon Firuzabad qəsəbəsindəki fermadan çıxıb və bir daha qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 160-165 sm, arıq bədən quruluşlu, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur.



M. Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, başında papaq, ayağında idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070)252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az

Teqlər: Göygöl   Çoban