Milli Şuranın 2 noyabr mitinqi təxirə salınır

  31 Oktyabr 2019    Oxunub : 3671
Milli Şuranın 2 noyabr mitinqi təxirə salınır
Milli Şurasının sədri Cəmil Həsənli təşkilatın noyabrın 2-nə təyin etdiyi icazəsiz aksiyanın təxirə salınmasını təklif edib.

Azvision.az xəbər verir ki, bu barədə C.Həsənli özünün "Facebook" hesabında yazıb. O icazəsiz aksiyanın təxirə salınması üçün Milli Şuranın Koordinasiya Mərkəzini və AXCP-ni təcili müzakirə aparmağa çağırıb.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Buna baxmayaraq AXCP sədri Əli Kərimli aksiyanın icazəsiz şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.

Azvision.az

Teqlər: Aksiya