MSK-nın iclası keçirilib

  31 Oktyabr 2019    Oxunub : 736
MSK-nın iclası keçirilib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və sözügedən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub.

Azvision.az

Teqlər: MSK   İclas