DYP-dən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq

  01 Noyabr 2019    Oxunub : 799
 DYP-dən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq
Sürücülər yağışlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Azvision.az -a bildirib ki, sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır. Hər bir sürücü avtomobilin işıq sisteminə, şüşə silənlərinin sazlığına diqqət yetirməlidir. Əks halda qəzalar qaçılmazdır.

V.Əsədovun sözlərinə görə, Bakıda bəzi işıqforların işləməməsi sürücüləri çaşdırmamalıdır: “Öaytaxtın bəzi ərazilərində işıqforların fəaliyyətində problemlər yaranıb. Belə olan halda hər bir sürücü yol nişanlarının tələblərinə riayət etməlidir. Hazırda həmin ərazilərdə Dövlət Yol Polis İdarəsinin əməkdaşları nizamlayıcı qismində xidmət aparır. Sürücülər buna da diqqət yetirməli, nizamlayıcının göstərişlərinə uyğun hərəkət etməlidirlər”.

Şöbə rəisi yağışlı hava şəraitində sakinləri daha çox ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.

Azvision.az

Teqlər: DYP