İki marşrutun hərəkət istiqamətləri dəyişdirilir

  05 Noyabr 2019    Oxunub : 516
İki marşrutun hərəkət istiqamətləri dəyişdirilir
Bakının Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, dəyişiklik aşağıdakı kimi olacaq:

3 nömrəli marşrut:
Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

31 nömrəli marşrut:
“İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə.

Azvision.az

Teqlər: BNA