Sürücülərin nəzərinə! - 8 gün qaldı

  07 Noyabr 2019    Oxunub : 1717
 Sürücülərin nəzərinə! - 8 gün qaldı
Gələn həftə ( 15 noyabr) respublika ərazisində avtonəqliyyat vasitələrində ştorka və jalüzlərdən (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadəyə verilən icazə müddəti başa çatacaq.
Azvision.az xəbər verir ki, hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə icazə verən qərar qüvvəyə minir.

Qeyd edək ki, nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilir.

Sürücünün sağındakı və solundakı şüşələrə (qabaq qapının şüşələrinə) jalüz çəkilməsi qadağandır. Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 155.2-ci maddəsində 150 manat cərimə tətbiq olunur.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Ştorka   Jalüz   Maşın