Gələn ilin büdcəsi plenar iclasa çıxarılır

  07 Noyabr 2019    Oxunub : 873
 Gələn ilin büdcəsi plenar iclasa çıxarılır
Milli Məclisin komitə iclaslarında 2020-ci ilin büdcə zərfinin müzakirələri başa çatıb.

Azvision.az xəbər verir ki, gələn ilin büdcəsi son 3 gündə parlamentin 15 komitəsində müzakirə olunub. Müzakirələrdən sonra 2020-ci il üzrə dövlət büdcəsi zərfinə daxil olan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Milli Məclisin plenar iclasları noyabrın 12, 13 və 14-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat proqnozlaşdırılır.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Büdcə   MilliMəclis   İclas