Yeni doğulan uşaqlara görə 500 manat verilsin! - Təklif

 Yeni doğulan uşaqlara görə 500 manat verilsin! -   Təklif
  13 Noyabr 2019    Oxunub:4166
“Azərbaycanda yenidoğulan uşağa görə birdəfəlik müavinətin məbləği 105 manatdan 200 manata qaldırılsa da, yenidoğulan uşağın xərcləri bundan 10 dəfə artıqdır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.

Deputat təklif edib ki, yeni doğulan uşaqlara verilən müavinət 500 manat olsun: “Bəlkə bu uşaq pulu verilməsi məsələsinin həllinə səbəb olar. Əvvəlki hesablamada bu işə 16 milyon manat lazım idisə, təklif etdiyim variantda 40 milyon manat vəsait gərəkdir. Büdcəsinin xərcləri 27 milyard manata çatan ölkə üçün ortadakı fərq elə də çox deyil. Bu, həm də yenidoğulanların sağlamlığı baxımından vacib addımdır”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Əli-Məsimli  





Xəbər lenti