Ehtiyac meyarının həddi 160 manat oldu

  29 Noyabr 2019    Oxunub : 1432
Ehtiyac meyarının həddi 160 manat oldu
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir. Müzakirələrdən sonra layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Milli-Məclis