"Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir
Həmçinin məktəblərdə şəxsiyyət vəsiqələrinin verilməsi şagirdlərin uçot sisteminin daha səmərəli təşkili və valideynlərin rahatlığı baxımından əhəmiyyət kəsb edir. Valideynlərin nəinki məktəbyaşlı övladlarına, eləcə də 5 yaşına qədər uşaqlarına şəxsiyyət vəsiqələri alması məktəbəhazırlıq qrupları və I sinfə qeydiyyat prosesini asanlaşdırır.
Bu, ümumi təhsil müəssisələri üzrə şagird kontingenti proqnozunun düzgün müəyyənləşdirilməsi, məktəblilər haqqında statistik hesabatların dəqiq göstəricilərinin formalaşması, icbari təhsilin həyata keçirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsi imkanlarını daha da artırır.
Qeyd edək ki, Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiya şagirdlərin təhsil aldıqları məktəbdə müvafiq xidmətlərdən yararlanması imkanlarını artırır. Hər bir şagirdin şəxsiyyət vəsiqəsi əsasında elektron bazaya daxil edilməsi Ümumi Təhsilin İnformasiya Sistemini təkmilləşdirməklə yanaşı, şagird yerdəyişməsi və digər müvafiq hallarda qarşıya çıxan sualların da aradan qaldırılmasına xidmət edir.
Azvision.az
Teqlər: BŞTİ