Gəncədə sakinlərin problemləri yerində araşdırılır
Vətəndaşları narahat edən məsələlərin bir çoxu yerindəcə öz həllini tapıb, icra strukturunun səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyatı üzrə çatdırılmaq üçün qeydiyyata alınıb. Sakinləri narahat edən bir sıra problemlər isə yerində araşdırılıb. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların müraciəti əsasında Şıxzamanlı qəsəbəsində gedib.
Burada sakinlərlə söhbət edən şəhər rəhbəri, ərazinin su təminatı ilə maraqlanıb. Niyazi Bayramov bildirib ki, Gəncənin su təsərrüfatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində növbəti il Şıxzamanlı qəsəbəsinin də su-kanalizasiya xəttləri yenilənəcək.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eti Qurbanov küçəsində də olub, sakinlərlə söhbət edib. O burada 350 metlik yeni su-kanalizasiya xəttinin çəkilməsi istiqamətində aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib.
Azvision.az
Teqlər: Gəncə