Türkiyə hərbçiləri Azərbaycanda təlim məşqlərini izləyib - FOTOLAR

   Türkiyə hərbçiləri Azərbaycanda təlim məşqlərini izləyib -  FOTOLAR
  14 Dekabr 2019    Oxunub:2625
Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqlərini izləyib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, məşqlər zamanı gəminin döyüşə və səfərə hazırlanması, körpüdən aralanması və baza məntəqəsindən çıxmasının təşkili, eləcə də dar keçidlərdə, məhdud görünüş zamanı və dayaz sularda üzən zaman idarə olunması tədbirləri icra edilib. Bundan əlavə, gəmi heyətinin sükanın və girokompasın sıradan çıxması zamanı fəaliyyəti, gəminin hər hansı bir hissəsində baş verən yanğın zamanı davamlılıq uğrunda mübarizə fəaliyyəti yerinə yetirilib.



Günün planına əsasən gəminin lövbərə durması və lövbərdən çıxması, dənizə düşən adamın xilas edilməsi, gəminin körpüyə yan alması və baza məntəqəsinə girişin təşkili və digər tapşırıqlar icra olunub.



Praktiki məşqlərə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib. Məşqlər zamanı yerinə yetirilən proseslərdə qardaş ölkənin dənizçiləri də iştirak edib, təcrübələrini bölüşüblər. Qonaqlar dənizçilərimizin fəaliyyətini və bacarığını yüksək qiymətləndiriblər.





Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Təlim   Türkiyə  





Xəbər lenti