Qazaxıstanla vizasız gediş-gəliş haqqında Saziş dəyişdi

  23 Dekabr 2019    Oxunub : 1238
Qazaxıstanla vizasız gediş-gəliş haqqında Saziş dəyişdi
Prezident İlham Əliyev “2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Azvision.az xəbər verir ki, sənədə əsasən, “2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” 2019-cu il oktyabrın 14-də Bakı şəhərində imzalanmış Protokol təsdiqlənib.

Azvision.az

Teqlər: İlham-Əliyev