Bələdiyyə seçkilərində səsvermə başa çatdı

  23 Dekabr 2019    Oxunub : 1767
Bələdiyyə seçkilərində səsvermə başa çatdı
Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

Azvision.az xəbər verir ki, səsvermə bu gün səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da yekunlaşıb. Bələdiyyə seçkiləri ölkə üzrə 5049 məntəqəni əhatə edib. Hazırda məntəqələrdə səslərin sayılması prosesi başlayır.
Qeyd edək ki, səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfər idi. Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə 41 min 462 namizədin adı daxil edilib. Bundan əlavə, 5 milyon 20 min 287 seçki bülleteni çap olunub. Seçkilərdə 13 siyasi partiyanın üzvləri mübarizə aparıb.

Bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 52 min 636 nəfər olub. Həmçinin 17 beynəlxalq müşahidəçi seçkiləri izləyib.

Azvision.az

Teqlər: Bələdiyyə   Seçki