“Bu il 704 kənd təsərrüfatı layihəsi kreditləşdirilib” - Mirzə Əliyev

“Bu il 704 kənd təsərrüfatı layihəsi kreditləşdirilib” -    Mirzə Əliyev
  26 Dekabr 2019    Oxunub:2930
"Bu il kənd təsərrüfatı istehsal vasitələrindən istifadəyə investisiyanın ümumi məbləği 132 258 min manat, o cümlədən, faizsiz kredit və subsidiyanın məbləği 89 909 min manat olub".
Azvision.az xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib. Onun sözlərinə görə, dövlət güzəşti ilə AKİA vasitəsilə satılmış kənd təsərrüfatı texnikalarının sayı 4068 ədəd, damazlıq heyvanların sayı isə 4510 baş olub.

"Bu il 704 kənd təsərrüfatı layihəsi nağd pul vəsaiti ilə kreditləşdirilib. Bunun üçün ayrılmış pul kreditinin məbləği 20 724 min manat olub. Hazırda qurum tərəfindən 22 layihə icradadır".

M.Əliyev bildirib ki, 2020-ci ildən başlayaraq, fermerlərə subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi – EKTİS üzərindən AKİA vasitəsilə veriləcək.

"Bunun üçün bütün lazımlı addımlar atılıb və subsidiya müraciətlərini bayramdan dərhal sonra EKTİS üzərindən qəbul etməyə hazırıq. Sistemdə qeydiyyatdan keçmiş 440 413 fermerin yarıdan çoxu – 291 533 nəfəri payızlıq əkin bəyanını doldurub” – AKİA sədri deyib.

Aytən Zəhra
Azvision.az



Teqlər: AKİA   Fermer  





Xəbər lenti