Ramiz Mehdiyev AMEA-nın prioritetlərini açıqladı

Ramiz Mehdiyev AMEA-nın prioritetlərini açıqladı
  28 Dekabr 2019    Oxunub:2939
"Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” təsdiq edilib.

Azvision.az xəbər verir ki AMEA prezidenti, akademik Ramiz Mehdiyev qurumun bu gün keçirilən ümumi yığıncağında proqramın prioritetlərini açıqlayıb.
Akademik elmi tədqiqatların prioritetlərinin sosial, iqtisadi, mədəni, ictimai problemlərin həllinə yönəldilməsi, elm sahəsində idarəetmə sisteminin, infrastrukturun modernləşdirilməsi və optimallaşdırılması, elmi-tədqiqat müəssisələrinin, bütövlükdə elmin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi olduğunu bildirib .

"Prioritet sırasında elm sahəsində idarəetmə sisteminin, infrastrukturun modernləşdirilməsi və optimallaşdırılması, elmi-tədqiqat müəssisələrinin, bütövlükdə elmin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi də yer alıb. Digər prioritetlər yüksək ixtisaslı kadrların hazırlanması, eyni zamanda elm və təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, yeddinci - elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi və başqalarıdır".

R.Mehdiyev əlavə edib ki, fundamental və tətbiqi tədqiqatların səmərəliliyi artırılmalı, xüsusilə innovasiya fəaliyyətinin genişləndirilməsi üçün intellektual əmək resurslarından daha səmərəli istifadə edilməlidir. Elmi işçilərin attestasiyası həyata keçirilməli və onların səmərəli yerləşdirilməsi təmin edilməlidir.

Aytən Zəhra
Azvision.az


Teqlər: AMEA   Ramiz-Mehdiyev  





Xəbər lenti