Fabrik tikintisinə 17,5 milyon manat ayrıldı- Sərəncam

  29 Dekabr 2019    Oxunub : 2216
 Fabrik tikintisinə 17,5 milyon manat ayrıldı- Sərəncam
Prezident İlham Əliyev Yunəyirici-boyaq fabrikinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla Yunəyirici-boyaq fabrikinin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.13-cü yarımbəndində göstərilmiş məbləğin 17 535 600 manatı "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Azvision.az

Teqlər: Fabrik