Sabah Bakıda hava küləkli olacaq

  01 Yanvar 2020    Oxunub : 1670
 Sabah Bakıda hava küləkli olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Yanvarın 2-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.

Azvision.az

Teqlər: Hava   ETSN