“MSK çalışır ki, namizədin xeyrinə qərar versin” - Məzahir Pənahov

  08 Yanvar 2020    Oxunub : 1048
“MSK çalışır ki, namizədin xeyrinə qərar versin” - Məzahir Pənahov
"Əmlakla bağlı məsələ haqqında namizəd özü məlumat verməlidir. Biz istəsək də əmlakla bağlı məsələni nəzərə ala bilmirik".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M. Pənahov bildirib ki, bütün namizədlər əmlak və gəlirlərini açıqlamalıdır. Bu, Seçki Məcəlləsinin tələbidir: “Digər düzəlməsi mümkün olan məsələlərlə bağlı MSK çalışır ki, məsələni namizədin xeyinə həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament