617 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

 617 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
  08 Yanvar 2020    Oxunub:1655
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 namizəd müraciət edib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, müraciət edən şəxslərinin 2270 nəfərinin namizədliyi artıq təsdiq olunub:

"Onlardan 2149 nəfəri isə imza vərəqələrin artıq götürüb. 1041 nəfəri imza vərəqələrin dolduraraq geri qaytarıb və onlardan 617 nəfər qeydə alınıb".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti