Energetika naziri və müavinləri qəbul keçirib

Energetika naziri və müavinləri qəbul keçirib
  24 Yanvar 2020    Oxunub:1661
Bu gün Energetika naziri Pərviz Şahbazov Siyəzən şəhərində, nazir müavini Samir Vəliyev Qobustanda, nazir müavini Elnur Soltanov isə Cəlilabadda vətəndaşları qəbul edib.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, vətəndaşların qəbulu zamanı səsləndirilən müraciətlər yeni elektrik xətlərinin çəkilməsi, elektrik dirəklərinin qəzalı vəziyyəti, elektrik enerjisindən istifadəyə görə köhnə borcların silinməsi, elektrik qurğu və avadanlıqlarının yararsız halda olması, elektrik və qaz sayğaclarının quraşdırılması, təbii qaz təchizatı və digər məsələləri əhatə edib.

Qəbullarda vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün tapşırıqlar verilib. Qəbul zamanı Şabran və Xaçmaz rayonlarından gələn vətəndaşların da müraciətləri dinlənilib və həlli üçün lazımi göstərişlər verilib.

Ümumilikdə, qəbullarda 17 vətəndaşın müraciətinə baxılıb.

Azvision.az


Teqlər: Energetika   Qəbul  





Xəbər lenti