Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək

Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək
  07 Fevral 2020    Oxunub:2751
Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Azvision.az-a verilən məlumata görə, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək.
Qeyd edilib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün əməkdaşları həmin gün iş başında olacaq. Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. Hər bir çağırışa çevik cavab veriləcək.

Azvision.az



Teqlər: Seçki   TƏBİB  





Xəbər lenti