2014-cü ilin siyasi proqnozu: At ilində nə olacaq?

2014-cü ilin siyasi proqnozu: At ilində nə olacaq?
  24 Dekabr 2013    Oxunub:1270
2013-cü il ilk günlərindən ölkə gündəmində siyasi proseslərin aktivliyi ilə yadda qaldı. İlin ən yadda qalan hadisəsi Azərbaycanda keçirilən prezident seçkiləri oldu.

Qara ilan ili müxalifət düşərgəsi üçün uğursuz olsa da, 2013-cü il YAP iqtidarının qələbə ili kimi tarixə düşdü. Başa vurduğumuz il nisbətən siyasi proseslərin aktivliyi ilə geridə qalır.

Maraqlıdır, 2014-cü ildə Azərbaycanda hansı siyasi proseslər gözlənilir. At ili siyasi elita üçün nə vəd edir?

Politoloq Elman Nəsirli at ilindən gözləntiləri nikbindir. Ekspert AzVision.az-a açıqlamasında 2014-cü ilin siyasi müstəvisində müsbət dəyişikliklərin olacağını qeyd edib.

Gələn ilin əsas müzakirə mövzusu Qarabağ olacaq

“Siyasət çox qəliz məsələdir. 2014-cü ilin siyasi hadisələrinə qiymət verərkən, hesab edirəm ki, dünyanı narahat edən ən mühüm problemləri diqqətdə saxlamaq lazımdır. Bu, Suriya və İranla bağlı məsələlərdir. Hesab edirəm ki, kifayət qədər aktualdır. Daha sonra Avropada NATO-nun raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı ABŞ və Rusiya arasındakı ziddiyyətlər məsələsidir. Əfqanıstanda Amerika qoşunları çıxarıldıqdan sonra bu ölkənin gələcək teleyi ilə bağlı məsələlər də mühümdür”.

Politoloqun fikrincə, növbəti ildə də Azərbaycanın bir nömrəli məsələsi Dağlıq Qarabağ problemi olacaq.

“Bizim üçün ən mühüm məsələ Dağlıq Qarabağ problemi ilə bağlı məsələyə gəlsək, hesab edirəm ki, 2014-cü ildə bu münaqişənin həlli ilə bağlı uğurlu ilə saymaq düzgün olmazdı. Ən azı o səbəbdən ki, dünyada erməni lobbisi, diasporası və Ermənistan dövləti 2014-cü ildə birinci dünya müharibəsinin 100 illiyini tamamaladığını bəyan edirlər. Onların fikrincə, məhz bu müharibədə məhz birinci dünya müharibəsində ermənilərə qarşı soyqırım həyata keçirilib. Yəni onlar “qondarma erməni soyqırım” ideyasını reallaşdırdığı vaxtdan 100 il keçdiyini deyirlər, və birinci dünya müharibəsi ilə bağlayırlar. Eyni zamanda 2015-ci ildə onlar bu “qondarma soyqırımın”100 illiyini hesab edirlər. Onların bəyanatları ilə tanış olsanız, görəcəkiniz ki, xüsusilə, bu ilki ildə heç bir güzəştə getmək niyyətləri yoxdur. Ona görə hesab edirəm ki, 2014- cü ildə bu sahədə pozitiv nəticə gözləmək mürəkkəb məsələyə çevrilə bilər”.

Politoloq həmçinin qeyd edib ki, 2014-cü ildə ABŞ Ermənistana edəcəyi yardımı azaltmaqla, Ermənistana münasibətinin dəyişiləcəyi hiss olunacaq.

“ABŞ parlamenti 2014 -cü il üçün yeni büdcəsini müəyyən edib və büdcə çərçivəsində ABŞ tarixində ilk dəfə Ermənistana ayrılan yardımları 38 faiz azaldıb. Hər il Ermənistana 40 milyon civarında yardım edilirdisə, 2014 cü ildə 24 milyon dollar civarında yardım etməyi planlaşdırıblar.ABŞ Gürcüstana 43 milyon, Azərbyacana 11 milyon pul ayırıb. Ermənistan öz narazılılğını bildirib ki, ABŞ Gürcüstana, həm də Ermənistana, Azərbaycana ayırdığı yardım qədər yardım ayırıb.

“Qondarma respublika”ya 5 milyon ayırmağı nəzərdə tutmuşdu, amma sonda bu yardım iki milyona endirildi. Bunların hamısı onu göstərir ki, 2014-cü ildə ABŞ-ın Ermənistana münasibəti dəyişəcək. ABŞ-ın Ermənistanın yeritdiyi siyasətdən narazılığı artıb. Xüsusilə, Ermənistanın Gömrük İttifaqına girmək niyyəti rəsmi Vaşinqtonu narazı salıb. Ona görə də hesab edirəm ki, 38 faiz Ermənistana yardımların məhz gələn il kəsilməsi haqqında illik razılaşmanın olması onu göstərir ki, ABŞ Ermənsitana çox mənfi münasibət sərgiləməkdədir. O da təsadüf deyil ki, ABŞ Ermənistanı “minilliyin çağırışı” proqramından çıxarıb. Bu proqram çərçivəsində Ermənistana bir dollar da yardım ayrılmır.”-deyə E.Nəsirli vurğulayıb.

Qarabağ və Şahdəniz ilin hadisəsidir...

Politoloq Qabil Hüseynli isə 2014-cü il üçün ən böyük gözləntisinin Qarabağla bağlı olacağına ümid edir.

“Yeni ildə gözlədiyimiz hadisə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olmaldır. Çünki bu il də prezidentlərin görüşü və xarici işlər nazirlərinin görüşü olub. Həm də Minsk qrupunun həmsədri müəyyən qədər fəal görünür. Xüsusilə bu məsələdə Rusiyanın mövqeyi həlledicidir, Rusiya da bu məsələdə sanki fəallaşmaq niyyətindədir, bunu Putinin hərəkətlərində müşahidə etmək olur. Belə olarsa, yeni ildə fəallıq Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlərə səbəb olacaq”.

Ekspert hesab edir ki, Azərbaycan üçün ən mühüm məsələ maye qazın Avropaya ixracdır.

“Üzümüzə gələn ildə bu istiqamətdə xeyli işlər görüləcək. Sahdəniz 2 qaz-neft yatağında qazıntı işləri başlayıb, yəqin ki, ilin sonuna qədər Şahdəniz 2 yatağını işə sala biləcəyik. Yəni Azərbaycan qazının Şahdəniz 2 qaz yatağından çıxarılmasına başlanılacaq. Bundan başqa, dənizdə yeni kəşf edilməmiş qaz yataqları var. Onların da istismarı istiqamətində neft, qaz quyularının qazılması istiqamətində addımlar atılacaq. Azərbaycan Avropa Olimpiya Oyunlarının mərkəzi seçilib. 2014-cü ildə bu oyunlara hazırlıq istiqamətinsə işlər aparılacaq”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti