Daha 2 məntəqədə nəticələr etibarsız hesab olundu

Daha 2 məntəqədə nəticələr etibarsız hesab olundu
  23 Fevral 2020    Oxunub:3523
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 67 saylı Cəlilabad şəhər seçki dairəsindən daxil olan müraciətə baxılıb.
Azvision.az -ın məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

MSK üzvü Tofiq Həsənov bildirib ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 10 və 29 saylı seçki məntəqələrində öz təsdiqini tapıb: "Həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. Bu səbəbdən 10 və 29 saylı məntəqlərin nəticələri ləğv edilməlidir".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Malik Həsənovdur.​

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti