İlham Əliyev: “Narahatlığa heç bir ciddi əsas yoxdur”

   İlham Əliyev:  “Narahatlığa heç bir ciddi əsas yoxdur”
  04 Mart 2020    Oxunub:2581
"Bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur".
Azvision.az xəbər verir ki, bunu Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edən Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşündə deyib.

Çıxışında koronavirus məsələsinə toxunan dövlət başçısının sözlərinə görə, karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb: "Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar".

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti