“Boykotçular” ağır məğlubiyyətə uğradı - Əli Əhmədov

  05 Mart 2020    Oxunub : 2933
“Boykotçular” ağır məğlubiyyətə uğradı - Əli Əhmədov
Seçkilərdə uğur qazanıb Milli Məclisə seçilən bütün millət vəkillərini təbrik edirəm. Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının 70 nümayəndəsinin parlamentdə təmsil olunması hüququ qazanması hər şeydən əvvəl seçicilərin Prezident İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə dərin inamının ifadəsi kimi qiymətləndirilməlidir.
Azvision.az xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Milli Məclisə keçirilən seçkilərin nəticələrinin ortaya qoyduğu digər mühüm həqiqət insanlarımızın Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və yenidənqurma kursunu dəstəkləməsində ifadə olunur.

"İnanıram ki, artıq yeni tərkibdə fəaliyyətə başlayacaq parlament ölkəmizdə uğurla həyata keçirilən islahatların tərkib hissəsi olacaq.

Parlament seçkilərinin qeyd edilməli digər nəticəsi “boykotçuların” ağır məğlubiyyətə uğraması hesab oluna bilər. Radikalların xalqdan heç bir dəstək ala bilməməsi cəmiyyətimizdə radikalizmə yer olmadığını bir daha təsdiq etdi. Bu günlərdə fəaliyyətə başlayacaq Milli Məclisə Azərbaycanın inkişafı və yüksəlişi naminə böyük uğurlar arzulayıram".

Azvision.az

Teqlər: YAP   Seçki